Alleqriyə milli komandada işləmək təklifi

Son olaraq “Yuventus”u çalışdıran Massimiliano Alleqri milli komandada işləyə bilər.

Komanda.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, Niderland millisinin rəhbərliyi Ronald Kumanın “Barselona”ya getməsindən sonra boş qalan baş məşqçi postuna Alleqrini gətirmək istəyir. Bu vəzifə üçün 53 yaşlı mütəxəssislə əlaqə də yaradılıb, lakin ilkin danışıqlarda Alleqri klub çalışdırmaq istədiyini bildirib. Niderland millisinin baş məşqçi vəzifəsi üçün digər namizədin Henk ten Keit olduğu bildirilir.

2014-cü ildən “Yuventus”u çalışdıran Alleqri 2019-cu ildə “qoca sinyora”dan ayrılıb və həmin vaxtdan işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button