Naqatomonun yeni klubu bəlli oldu
Futbol üzrə Yaponiya yığmasının sabiq müdafiəçisi Yuto Naqatomonun yeni klubu müəyyənləşib.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu Marsel “Olimpik”inə transfer olunub.
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 2018-ci ildən “Qalatasaray”da çıxış edən, bu yay İstanbul klubundan ayrılan futbolçu fransızlarla bir illik müqaviləyə imza atıb.
“Tokyo”nun yetirməsi olan Naqatomo, İtaliyada “Çezena” və “İnter” klublarının da uğurları üçün çalışıb. O, Yaponiya millisində keçirdiyi 122 oyunda 4 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin