“Şkupi”nin baş məşqçisi: “Bu, bizə də xüsusi üstünlük yarada bilər”
Şimali Makedoniyanın “Şkupi” komandasının baş məşqçisi Muarrem Bayrami Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacaqları “Neftçi” ilə matçdan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Əvvəlcə Azərbaycana və “Neftçi”yə təşəkkür edirəm. Oteldə məskunlaşmağa kimi bizimlə xüsusi maraqlandılar. Qonaqpərvərliyə görə çox sağ olun. Bilirik ki, “Neftçi” yaxşı komandadır. Uzun müddətdir ki, avrokuboklarda çıxış edir. Pandemiya ilə bağlı təsnifat mərhələsi bir matçdan ibarətdir. Bu amil qarşılaşmalara təsir edir. Bəlkə bizə də xüsusi üstünlük yarada bilər”.
35 yaşlı mütəxəssis bildirib ki, bir oyunda hər şey baş verə bilər: “Sabah çalışacağıq ki, qələbə qazanaq və növbəti mərhələyə yüksələk”.
Qeyd edək ki, avqustun 27-də 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Şkupi” oyununa saat 20:00-da start veriləcək.
Bizi Facebook-da izləyin