Yeni mövsümün ilk turunun oyunu təxirə salındı – Fransada

Fransa Liqa 1-də yeni mövsümün ilk turu çərçivəsində keçirilməli olan “Marsel” – “Sent-Etyen” oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Avqustun 21-də keçirilməli olan oyunun təxirə salınmasının səbəbi “Marsel”də bir neçə nəfərin koronavirusa yoluxması olub. Matçın sentyabrın 16-da, ya da 17-də keçirilməsi nəzərdə tutulur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button