“Avroliqa yekunlaşanda peşman olmaq istəmirik” – Konte
“İnter”in baş məşqçisi Antonio Konte Avropa Liqasının 1/4 final mərhələsində “Bayer”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Konte, 2:1 hesabıyla qələbə qazanaraq, yarımfinala yüksəldikləri oyunu belə şərh edib:
“Bayer”ə qarşı yaxşı oyun keçirdik. Belə bir komandaya qarşı öndə təzyiq edərək oynaya bilməzsiz, amma futbolçularım çox yaxşı çıxış etdilər.
Futbolçularım meydanda çox rahat idilər. Hesabı 3:1 edə biləcəyimiz bir neçə epizodumuz da oldu, amma dəyərləndirə bilmədik. Avropa Liqasında yolumuza davam etməyimiz bizim üçün çox vacibdir. Avroliqa yekunlaşanda peşman olmaq istəmirik”.
Konte, oyunda bir qol vuran Romelu Lukakunu da tərifləyib:
“Komanda şəklində bu qədər yaxşı olduğumuz bir zamanda fərdi olaraq kimisə ön plana çıxarmaq istəmirəm. Amma Lukaku çox yaxşı mövsüm keçirir, komanda yoldaşları da ona dəstək olurlar. Lukakunun karyerasının ən yaxşı dönəmində olduğunu deyə bilərəm”.
Bizi Facebook-da izləyin