“Bavariya” onu göndərir
“Bavariya” “İnter”dən icarəyə götürdüyü İvan Perişiçlə bağlı qərarını verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, Münhen klubu 31 yaşlı forvardın icarə müqaviləsindəki birdəfəlik transfer etmək bəndindən istifadə etməyəcək. Xorvatiyalı futbolçu yaxın zamanda müqavilə ilə məxsus olduğu “İnter”ə qayıdacaq.
Perişiçin transfer qiyməti 20 milyon avro olaraq dəyərləndirilir.
Keçən ilin yayından icarə əsasında “Bavariya”da çıxış edən futbolçu, iştirak etdiyi 30 oyunda 6 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin