“Liverpul”un çempion olmaq vaxtı gəldi” – Salah
İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində “Kristal Pelas”a 4:0 hesabıyla qalib gələn “Liverpul”un hücumçusu Məhəmməd Salah açıqlama verib.
Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, oyunla bağlı fikirlərini bölüşən misirli futbolçu, “qırmızılar”ın çempionluğunun yaxın olduğunu bildirib:
“Möhtəşəm oyun göstərdik. Futbolçuların hamısı möhtəşəm idi. Nəticədən məmnunam və növbəti oyunu dörd gözlə gözləyirəm. Hər kəs liqanı qazanmağa motivasiya olub.
Özümü yaxşı hiss edirəm. Bura gələndən bəri komandayla Premyer Liqa çempionluğunu qazanmaq istədiyimi demişəm. Keçən il qalib gəlmək şansımız vardı, amma “Mançester Siti” yaxşı oynadı və qalib gəldi. Biz isə uzun müddətdir çempionatın qalibi olmuruq. Buna görə də, düşünürəm ki, indi yaxşı vaxtdır. “Liverpul”un çempion olmaq vaxtı gəldi”.
31 turdan sonra 86 xal toplayan “Liverpul” ən yaxın izləyicisi olan və 30 oyun keçirən “Mançester Siti”ni 23 xal qabaqlayır. Bu gün “şəhərlilər” “Çelsi” ilə oyunda xal itirsə, “Liverpul” çempionluğunu rəsmiləşdirə bilər.
Bizi Facebook-da izləyin