“Neftçi” Tural Axundovla yollarını ayırdı

“Neftçi” PFK müqavilə müddəti başa çatan müdafiəçi Tural Axundovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Tural Axundov “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 41 oyunda meydana çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button