“Qarabağ” lider, “Neftçi” sonuncu oldu
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 84 liqasında komandasını minimum 3 oyuna çıxarmış baş məşqçilərin sayını araşdırıb.
Komanda.az qurumun saytına istinadən xəbər verir ki, araşdırma 2015-2019-cu illəri əhatə edib. Siyahıda Azərbaycan Premyer Liqası 44-cü yerdədir. Premyer Liqada göstəriciləri araşdırılan 5 klubu ortalama 4,4 mütəxəssis çalışdırıb.
Azərbaycan Premyer Liqasında 2015-2019-cu illər aralığında ən çox məşqçi dəyişən “Neftçi”dir. Bakı təmsilçisini bu dövr ərzində 8 fərqli mütəxəssis çalışdırıb. Göstəriciyə görə, lider “Qarabağ”dır. Ağdam klubunu bu dövr ərzində yalnız bir məşqçi – Qurban Qurbanov çalışdırıb. “Keşlə” klubu 6, “Qəbələ” və “Sumqayıt” isə 4 dəfə baş məşqçisini dəyişib.
CİES-in araşdırması zamanı məlum olub ki, 776 komandadan sadəcə 30-u 2015-2019-cu illər aralığında bir məşqçiyə güvənib. 30 komandanın yer aldığı siyahıda “Qarabağ” da var.
Bizi Facebook-da izləyin