“Bu vəziyyətdə çempionatın bərpa edilməsi dəlilik olar”

İngiltərənin “Vest Hem” klubunun futbolçusu Manuel Lansini koronavirus pandemiyası səbəbiylə dayandırılan Premyer Liqanın mümkün bərpası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu, liqanın bərpa edilməsinin yaxşı fikir olmadığını bildirib:

“Bu vəziyyətdə çempionatın bərpa edilməsi dəlilik olar. İnsanları virusdan qorumaq üçün peyvənd tapılmayıb. Hər birimiz oynamaq istəyirik, amma tədbir görülməsə, yoluxma halları daha da artacaq. Hazırda çempionat bərpa edilə bilməz.

Almaniyada məşqlər başladı və koronavirusa yoluxan futbolçuların sayı artdı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button