“Barselona”nın futbolçusu “Roma”nın hədəfində
İcarə əsasında “Şalke”də çıxış edən “Barselon”nın futbolçusu Jan-Kler Todibo karyerasının İtaliyada davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” 20 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Paytaxt klubu yay transfer pəncərəsi dövründə Todibo ilə güclənmək istəyir.
Daha əvvəl “Everton”un da müdafiəçinin xidmətində maraqlı olduğu haqda xəbərlər yayılmışdı.
“Barselona” fransalı futbolçunun təzminat məbləğini 25 milyon avro olaraq müəyyənləşdirib. Todibonun Kataloniya klubu ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin