“Futbolçu, klub işçisi ölməlidir?” – Nevill
“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, sabiq futbolçu, liqaların bərpa olunmasının sağlamlıq üçün riskli olduğunu bildirib:
“Hər gün fərqli şeylər eşidirik. İqtisadi maraqlar olmasaydı, aylarca futbol olmazdı. Hazırda insanlar futbolu bərpa etmək üçün bu riski dəyərləndirirlər. Futbol üçün sağlamlığı riskə atmağa dəyər? Sırf futbolun bərpasını müzakirə etməyimizin əsas səbəbi iqtisadi məsələlərdir. Futbolçu, klub işçisi ölməlidir? Bu baş versə, futbolu bərpa edənlər nə edəcəklər?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin