Premyer Liqanın ən yaxşı futbolçusu odur – Mataya görə

İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Xuan Mata açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı oyunçu, Premyer Liqanın ən yaxşı futbolçusunun adını açıqlayıb:

“Eden Hazardla birlikdə çıxış etmək, eyni zamanda, ona qarşı oynamaq çox xoşuma gəldi. Mənə görə, o, uzun illər Premyer Liqanın ən yaxşı futbolçusu oldu. Onunla birlikdə məşq etmək şansım oldu və onun nə qədər yaxşı futbolçu ola biləcəyini bilirəm.

Hazard zədə səbəbiylə “Real”da şanssızlıq yaşayır. Amma meydana qayıdanda öz səviyyəsini göstərəcəyindən əminəm”.

Mata ilə Hazard “Çelsi”də birlikdə çıxış ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button