Kubokun finalından sonra karyerasını bitirəcək
İspaniyanın “Atletik” klubunun hücumçusu Aris Adurisin cari mövsümün sonunda karyerasını bitirəcəyini xəbər vermişdik.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu, karyerasını daha gec bitirəcək. Buna səbəb, çempionatların koronavirus pandemiyası səbəbiylə dayandırılmasıdır. Adurisin “Atletik”lə “Real Sosyedad” arasında keçiriləcək İspaniya kubokunun final oyunundan sonra karyerasını bitirəcəyi bildirilir.
Aduris 2012-ci ildən “Atletik”in şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin