“Tottenhem”dən Keyn qərarı – Rekord məbləğə satır

İngiltərənin “Tottenhem” klubu hücumçusu Harri Keynin transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu, 26 yaşlı futbolçunu rekord məbləğə satmağa hazırlaşır. “Tottenhem”in borclar səbəbiylə Keyni 200 milyon funt-sterlinq qarşılığında “Mançester Yunayted”ə satacağı bildirilir.

Klubun 637 milyon funt-sterlinq kredit, bundan başqa, 83 milyon futbolçu transferlərindən borcunun olduğu bildirilir. Koronavirus pandemiyası səbəbiylə Premyer Liqa davam etdirilməsə, klub gəlirlərinin bir qismindən məhrum olacaq. Klubun buna görə əsas hücumçusunu yüksək məbləğə satmaq istədiyi bildirilir.

2011-ci ildən “Tottenhem”in şərəfini qoruyan ingiltərəli futbolçunun klubla müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button