“Bavariya” “Barselona”ya 100 milyon avro təklif edəcək
Manuel Noyerlə yeni müqavilə ilə bağlı danışıqları uğursuz olan “Bavariya” onun boşluğunu digər alman qapıçı ilə doldurmaq niyyətindədir.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu “Barselona”nın “çərçivə qoruyucusu” Mark-Andre Ter Ştegeni heyətinə qatmaq istəyindədir. Klub Ter Ştegeni Noyerin ideal əvəzləyicisi hesab edir. “Bavariya”nın 27 yaşlı qapıçıyla uzunmüddətli müqavilə imzalamaq niyyətində olduğu bildirilir. Almanlar “Barselona”ya Ter Ştegen üçün 100 milyon avro təklif etməyə hazırlaşır. Bu transfer gerçəkləşsə, Ter Ştegen futbol tarixinin ən bahalı qolkiperi olacaq.
2014-cü ildən Kataloniya klubunun şərəfini qoruyan alman qapıçının “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayınadək nəzərdə tutulub.
Bizi Facebook-da izləyin