1 il komada qalan futbolçu ilə bağlı açıqlama
2017-ci ildə “Verder”lə keçirilən yoxlama oyunu zamanı ürəyi dayanan və uzun müddət komada qalan “Ayaks”ın futbolçusu Abdelhaq Nuri ilə bağlı açıqlama verilib.
Komanda.az Niderland mətbuatına istinadən xəbər verir ki, qardaşı Abderrahim Nuri, futbolçunun vəziyyəti ilə bağlı bunları deyib:
“O, uzun müddətdir ki, evdə deyildi. Artıq onunla özümüz maraqlanırıq. Harda olduğunu bilir, artıq komada deyil. Yatır, oyanır, yeyir, asqırır, amma yataqdan dura bilmir. Bizdən asılı vəziyyətdədir. Onunla söhbət etməyə çalışır, futbol izləyirik. O, tez-tez öz hisslərini göstərir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin