“Bavariya” danışıqlara başladı – “Bayer”in futbolçusu ilə
Almaniyanın “Bavariya” klubu “Bayer”in futbolçusunu transfer etmək üçün çalışır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu, Kay Havertsi mövsümün sonunda heyətinə qatmaq niyyətindədir. “Bavariya” artıq 20 yaşlı yarımmüdafiəçiyə müqavilə təklif edib. Müqavilənin 5 illik olduğu və futbolçuya ildə 8 milyon avro məvacib təklif edildiyi bildirilir. Artıq tərəflər arasında danışıqların aparıldığı deyilir.
Bir müddət əvvəl “Bayer”in Havertsin təzminat qiymətini 100 milyon avro olaraq müəyyənləşdirdiyi haqda xəbərlər yayılmışdı.
“Bayer”lə 2022-ci ilin yayına qədər müqaviləsi olan Haverts, bu mövsüm Bundesliqada 22 oyunda 6 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Almaniya millisinin də üzvü olan yarımmüdafiəçi ilə “Çelsi” və “Liverpul” da yaxından maraqlanır.
Bizi Facebook-da izləyin