“Bəlkə də, gördüyüm ən böyük təlxəksən… Sənə ayıb olsun”
İtaliyanın “İnter” klubunun prezidenti Stiven Çjanq A Seriyasının prezidenti Paolo Dal Pinonu tənqid edib.
Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən klub rəhbəri, koronavirus epidemiyası səbəbiylə çempionat oyunlarının yaxın tarixlərə təxirə salınmasına etiraz edib:
“Təqvimlə oynayırsız və hər zaman insanların sağlamlığını ikinci plana keçirirsiz. Bəlkə də, gördüyüm ən böyük təlxəksən. Bir gün, 48 saat, 7 gün və ya başqa bir tarix, növbəti qərarınız nə olacaq? İndi idmandan və ədalətli rəqabətdən danışırsız? Futbolçularımızı və məşqçilərimizi qorumayıb, onlardan fasiləsiz oynamalarını istəyirsiz. Bəli, sizinlə, çempionatımızın prezidenti ilə danışıram, Paolo Dal Pino! Sənə ayıb olsun. Artıq məsuliyyət götürməyin zamanı gəldi. Hər kəsə müraciət edirəm, “İnter”i və ya “Yuventus”u dəstəkləməyinizin əhəmiyyəti yoxdur. Diqqətli olun. Bu, sizin üçün, ailəniz və cəmiyyət üçün vacibdir”.
Epidemiya səbəbiylə A Seriyasının bir neçə oyunu, o cümlədən “İnter”in “Yuventus”la görüşü təxirə salınıb.
Bizi Facebook-da izləyin