Qvardiolanın 40 milyonluq müdafiəçi istəyi
İngiltərənin “Mançester Siti” klubu “Everton”un futbolçusunu heyətinə qata bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər veir ki, “şəhərlilər” “Everton”un 23 yaşlı futbolçusu Mason Holqateni heyətinə qatmaq niyyətindədir. Komandanın baş məşqçisi Pep Qvardiolanın futbolçunu israrla heyətdə görmək istədiyi və rəhbərlikdən yayda bu transferin tamamlanmasını istədiyi bildirilir.
“Everton” ingiltərəli futbolçunun təzminat məbləğini 40 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.
2015-ci ildən “Everton”da oynayan futbolçunun klubla müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə iştirak etdiyi 25 oyunda 1 qol, 3 məhsuldar ötürmə iilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin