“Çelsi” Sarriylə yollarını ayırır?
“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri vəzifəsindən ayrıla bilər.
Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Komandanın son turlarda uğursuz çıxışı, əsas da “Mançester Siti”yə 0:6 hesablı məğlubiyyətə görə, Sarrinin göndəriləcəyi bildirilir.
“Çelsi” rəhbərliyinin Sarrini göndərəcəyi təqdirdə, komandanın “sükan”ını Canfranko Zolaya tapşıracağı gözlənilir. Zola hazırda Sarrinin köməkçisidir. Onun təyinatı baş tutsa, “zadəganlar”a mövsümün sonuna qədər Zola rəhbərlik edəcək.
“Çelsi” Premyer Liqada 26 turdan sonra 50 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin