Sterlinq “Mançester Siti”dən ayrılacaq? – Meneceri açıqladı

İki mövsümlük avrokuboklardan kənarlaşdırılan “Mançester Siti”nin futbolçusu Rahim Sterlinq gələcəyiylə bağlı qərarını verib.

Komanda.az xəbər verir ki, bu barədə ingilis hücumçunun meneceri Edi Uord “The Mirror” nəşrinə açıqlamasında deyib. O, Sterlinqin ayrılıq haqda düşünmədiyini bildirib:

“Sterlinqin ayrılıq haqda bir fikri yoxdur. Hazırda bütün diqqətini “Mançester Siti”nin oyunlarına yönəldib. Başqa kluba transferi haqda çıxan məlumatlara diqqət yetirmək niyyətində deyilik”.

İngiltərə mətbuatı maliyyə qaydalarını pozduğu üçün avrokuboklardan uzaqlaşdırılan MS-də bir çox futbolçunun ayrılacağını iddia edir. “Şəhərlilər” UEFA-nın verdiyi cəzanın aradan qaldırılması üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button