Kavani Madridə getdi

Uzun müddətdir adı “Atletiko” ilə yanaşı çəkilən PSJ-nin futbolçusu Edinson Kavaninin transferi tamamlanmaq üzrədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı futbolçu transferi yekunlaşdırmaq üçün Madridə yollanıb. Hücumçunun “Atletiko” ilə 2,5+1 illik müqavilə bağlayacağı bildirilir. Transferin bu gün yekunlaşması gözlənilir.

“Atletiko”nun 32 yaşlı futbolçu üçün PSJ-yə son təklifi 15+3 milyon avro olmuşdu.

Kavani 2013-cü ildən PSJ-nin şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button