2019-cu ilin ən yaxşı bombardiri bilindi
2019-cu ilin ən yaxşı bombardiri məlum olub.
Komanda.az xəbər verir ki, bu, “Bavariya”nın və Polşa millisinin üzvü Robert Levandovskidir. Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb. Levandovski bu il keçirdiyi 58 oyunda 54 qol vurub.
Bombardirlər siyahısında 2-ci pillədə “Barselona”nın futbolçusu Lionel Messidir. Argentinalı hücumçu 58 oyunda 50 qol vurub.
Siyahının 3-cü sırasında isə PSJ-dən Kilian Mbappe yer alıb. Fransız futbolçu 49 oyunda 44 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin