“Hiss olunurdu ki, klubda vəziyyəti yaxşı deyil” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard “Napoli”dən qovulan Karlo Ançelotti haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Lempard, Ançelottinin istənilən klubda işləyə biləcəyini deyib:

“Ançelottiyə hörmətim böyükdür və ona görə məyusam. “Genk”lə oyundan əvvəl açıqlamasını oxumuşdum və hiss olunurdu ki, klubda vəziyyəti yaxşı deyil. Ancaq hər şeyi yaxşı idarə etməyi bacarırdı. O, istənilən yüksək səviyyəli klubda özünə iş tapa bilər. Bu, çox açıqdır”.

2018-ci ilin yayında “Napoli”yə baş məşqçi təyinən olunan Ançelotti dünən Neapol təmsilçisindəki işindən qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button