“Mançester Yunayted” onun məvacibini artırır
“Mançester Yunayted” futbolçusu Skott Maktomineyin müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Komanda.az “The Sun”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” cari mövsümdə uğurlu oyun sərgiləyən şotland yarımmüdafiəçini komandada saxlamaq niyyətindədir. Bunun üçün MY Maktomineyə hazırkı məvacibinin iki qatını qazanacağı müqavilə təklif edəcək.
Hazırda həftəlik 30 min funt-sterlinq məvacibi olan Maktominey, yeni sözləşmə ilə 60 min funt-sterlinq qazanacaq. 22 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bu mövsüm “Mançester Yunayted”lə Premyer Liqada 14 oyun keçirən Maktominey, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin