700-cü oyununa çıxdı, rekord qırdı
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Borussiya”ya (Dortmund) 3:1 hesabı ilə qalib gələn “Barselona”nın futbolçusu Lionel Messi rekorda imza atıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda katalonların ikinci qolunu vuran argentinalı hücumçu, turnirin tarixində 34 fərqli komandaya qol vurmağı bacaran ilk futbolçu olub. O, bu göstərici ilə “Yuventus”un futbolçusu Kriştiano Ronaldonu və “Real”ın sabiq üzvü Raul Qonsalesi (hər ikisi 33 qol) geridə qoyub.
Bundan başqa, Messi “Borussiya” ilə oyunda “Barselona”ın heyətində 700-cü oyununa çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin