
Flik De Yonqdan narazıdır
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik yarımmüdafiəçi Frenki de Yonqun son oyunlarından və komandadakı rolundan razı deyil.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, Kataloniya klubu uyğun təklif alacağı təqdirdə, 29 yaşlı futbolçunu satmağa hazırdır.
“Barselona” iyulun 23-də De Yonqun dizinin daxili yan bağının qırıldığını açıqlamışdı. Mətbuatda yayılan xəbərlərə əsasən, niderlandlı yarımmüdafiəçinin seçiləcək müalicə üsulundan asılı olaraq, bir neçə həftədən bir neçə aya qədər yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
De Yonq 2019-cu ilin yayından “Barselona”nın formasını geyinir. O, bu müddətdə bütün turnirlərdə 297 oyuna çıxıb, 20 qol vurub və 31 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
“Transfermarkt” portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.
Bizi Facebook-da izləyin



