İtaliyalı qapıçı “Tottenhem”dən ayrılır

“Tottenhem”in qapıçısı Quqlielmo Vikario yay transfer dövründə komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı qolkiper London təmsilçisinin mövsümöncəsi hazırlıq turuna qatılmayacaq. Daha əvvəl Avropa mətbuatında Vikarionun karyerasını “Napoli”də davam etdirə biləcəyi barədə xəbərlər yayılmışdı.

İtaliyalı qapıçı 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 13 matçda qapısını toxunulmaz saxlayıb.

Vikarionun “Tottenhem”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. Onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button