“Barselona” yeni transferini təqdim etməyə hazırlaşır

“Barselona” “Borussiya”nın (Dortmund) vingeri Kərim Adeyeminin transferini rəsmən açıqlamağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti Xuan Laportanın sözlərinə görə, almaniyalı futbolçu bu gün Kataloniya klubunun yeni transferi kimi təqdim olunacaq. Adeyeminin özü də transferin baş tutması üçün ciddi səy göstərib və agenti Jorje Mendeşə bunları deyib:

“İngiltərəyə getmək istəmirəm, başqa klublarla maraqlanmıram, “Borussiya” ilə yeni müqavilə bağlamaq istəmirəm. Arzum “Barselona”dır. “Barsa”ya transferimi təşkil edin”.

24 yaşlı oyunçu “Borussiya”nın heyətində 146 oyunda 36 qol vurub və 25 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button