
Modriç milli karyerasını bitirir
Xorvatiya millisinin kapitanı Luka Modriç yığmadakı karyerasını bu ilin oktyabrında başa vura bilər.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
40 yaşlı yarımmüdafiəçi qərarını artıq yığmanın yeni baş məşqçisi Slaven Biliçə çatdırıb. Modriç oktyabrın 6-da Splitdə (Xorvatiyanın şəhəri) İspaniya millisinə qarşı keçiriləcək UEFA Millətlər Liqasının oyunundan sonra milli karyerasını başa vuraraq, bütün diqqətini “Milan”dakı çıxışına yönəltmək niyyətindədir.
Xorvat futbolçu karyerasını yüksək notda bitirmək istəyir. O, son xatirələrinin “Milan”ın uğursuz nəticələri və Xorvatiya millisinin dünya çempionatında Portuqaliya yığmasına məğlub olaraq, mübarizəni dayandırması ilə bağlı olmasını istəmir.
Modriç Xorvatiya millisinin heyətində indiyədək 202 oyun keçirib, 29 qol vurub. O, 2018-ci il dünya çempionatının gümüş, 2022-ci il mundialının isə bürünc mükafatçısı olub. Modriç 2018-ci ildə həm “qızıl top” mükafatını qazanıb, həm də dünya çempionatının ən yaxşı futbolçusu seçilib.
Bizi Facebook-da izləyin


