Azərbaycan millisinin sabiq baş məşqçisi “Real”ın yeni transferini təriflədi

Portuqaliya millisinin sabiq baş məşqçisi Fernandu Santuş “Real”ın yeni transferi Bernardo Silvanın komandanın əsas liderlərindən birinə çevriləcəyinə inandığını deyib.

Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə “Diario AS” nəşrinə açıqlamasında bildirib:

“Hər kəs onun nə qədər istedadlı futbolçu olduğunu bilir. Silva futbolu dünyada çox az oyunçunun bacardığı səviyyədə anlayır. İnsan kimi də ən azı futbolçu qədər seçilən biridir – diqqətli, tərbiyəli və hər zaman kömək etməyə hazırdır”.

O, 31 yaşlı futbolçunun Madrid klubunda uğur qazanacağına əmin olduğunu deyib:

“Əminəm ki, “Real” azarkeşləri Silvanı sevəcəklər. O, onları məyus etməyəcək və gözləntiləri doğruldacaq. Bernardo möhtəşəm futbolçudur və bunu Madriddə mütləq sübut edəcək”.

Silva son 9 ildə “Mançester Siti”nin formasını geyinib və bu yay İngiltərə klubundan azad agent kimi ayrılıb.

Santuş 2024-2025-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button