Heç bir klub Martinelli üçün tələb olunan məbləği ödəmək istəmir

“Arsenal”ın vingeri Qabriel Martinellinin transferi ilə maraqlanan klublar hələ ki, London təmsilçisinin tələb etdiyi məbləği ödəməyə hazır deyil.

Komanda.az “Indykaila News”-a istinadən xəbər verir ki, braziliyalı futbolçuya maraq göstərən klublar “Arsenal”a onun üçün müəyyənləşdirilən qiymətin həddindən artıq yüksək və real olmadığını bildiriblər.

Martinelli hazırda “Arsenal”dakı vəziyyətindən razıdır və komandadan ayrılmağa can atmır. Bununla belə, o, konkret təkliflər olacağı təqdirdə, variantları nəzərdən keçirməyə hazırdır.

“Transfermarkt” portalı 25 yaşlı futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir. Onun “Arsenal”la müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir. Anlaşmada müddətin avtomatik olaraq daha bir il uzadılması imkanı da yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button