Messiyə istirahət verildi

2026-cı il dünya çempionatından sonra “İnter Mayami”nin futbolçuları Lionel Messi və Rodriqo de Paul MLS-in bir neçə oyununda komandalarına kömək edə bilməyəcəklər.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, Argentina millisinin heyətində dünya çempionatında çıxış edən hər iki futbolçuya turnirdən sonra istirahət verilib. Bu səbəbdən, onlar “İnter Mayami”nin qarşıdakı bir neçə görüşünü buraxacaqlar.

“İnter Mayami” növbəti matçını iyulun 22-də, MLS-də “Çikaqo Fayr”a qarşı keçirəcək.

Argentina millisi 2026-cı il dünya çempionatında finala qədər irəliləsə də, həlledici görüşdə İspaniyaya 0:1 hesabı ilə məğlub olub. Oyunda yeganə qolu İspaniya yığmasının hücumçusu Ferran Torres vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button