“Barselona” və “Bayern”dən tarixi göstərici

“Transfermarkt” portalının araşdırmasına görə, 1990-cı ildən bəri dünya çempionatı finallarında ən çox futbolçu ilə təmsil olunan klublar “Barselona” və “Bayern”dir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki klub bu müddətdə finallara ümumilikdə 27 futbolçu göndərib. Siyahıda “Milan” 20 oyunçu ilə üçüncü, “Yuventus” 19 futbolçu ilə dördüncü, “Real” isə 18 oyunçu ilə beşinci yerdə qərarlaşıb.

İlk onluqda həmçinin, “İnter” (15), PSJ (12), “Roma” (11), “Bayer” (Leverkuzen) (11) və “Marsel” (10) yer alıb.

2026-cı il dünya çempionatının finalı isə 1978-ci ildən bəri ilk dəfə “Bayern”in futbolçusu olmadan keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button