Azərbaycan yığması İsveçrəyə məğlub oldu

Azərbaycanın qızlardan ibarət U-20 basketbol millisi FIBA Avropa çempionatının B divizionunda sonuncu oyununa çıxıb.

Komanda.az xəbər verir ki, komanda İsveçrə ilə qarşılaşıb.

Bolqarıstanın Samokov şəhərində baş tutan görüş rəqibin qələbəsi ilə yekunlaşıb – 63:56.

Beləliklə, Azərbaycan millisi turniri 11-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button