Skaloni: “Bizim üçün rəqibin fərqi yox idi”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının yarımfinalında İngiltərə yığması ilə keçiriləcək oyun barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşıdakı görüşlə bağlı bunları deyib:

“Bizim üçün rəqibin İngiltərə və ya Norveç millisi olmasının fərqi yox idi. Qarşımızda çox yaxşı oynayan və güclü məşqçisi olan komanda var. İndi isə bizim üçün ən vacib məsələ futbolçuların fiziki durumunu bərpa etməkdir”.

Argentina millisi 1/4 finalda İsveçrə yığmasını 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. Komanda dünya çempionatının yarımfinalında iyulun 15-də İngiltərə millisi ilə üz-üzə gələcək. Qalib komanda finala yüksələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button