
DÇ-2026: 1/4 finalın son iki oyunu keçiriləcək
Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə iki oyunla yekun vurulacaq.
Komanda.az xəbər verir ki, əvvəlcə Norveç – İngiltərə matçı olacaq.
1/4 finala Argentina və İsveçrə milliləri arasında keçiriləcək qarşılaşma ilə yekun vurulacaq.
Cütün qalibləri yarımfinalda üz-üzə gələcək.
1/4 finalın daha əvvəl baş tutan ilk iki görüşündə Fransa Mərakeşi (2:0), İspaniya isə Belçikanı (2:1) məğlub edib. Bu oyunlarda qalib gələn komandalar yarımfinalda görüşəcək.
DÇ-2026, 1/4 final
12 iyul
01:00. Norveç – İngiltərə
Baş hakim: Kleman Türpen (Fransa).
Mayami stadionu
05:00. Argentina – İsveçrə
Baş hakim: Joau Pedru Pineyru (Portuqaliya)
Kanzas stadionu
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



