
Keçmiş futbolçu DÇ-2026-nı tənqid etdi
Fransa millisinin sabiq hücumçusu, 1998-ci ildə dünya çempionu olmuş Kristof Düqarri mundialın yeni formatını tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, 48 komandanın iştirak etdiyi turnirin əvvəlki illərlə müqayisədə keyfiyyət baxımından gerilədiyini və azarkeşlər üçün maraqsız oyunların sayının xeyli artdığını bildirib:
“Turnir yekunlaşanda 104 oyundan cəmi 10-nun həqiqətən xoşumuza gəldiyini görəcəyik. Maraqlı qarşılaşmaların sayı çox az olacaq, qalanlarının əksəriyyətini isə uğursuz oyunlar adlandırmaq olar”.
DÇ-2026 tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə keçirilir. Həmçinin, mundial ilk dəfə eyni vaxtda üç ölkənin (ABŞ, Meksika, Kanada) ev sahibliyi etdiyi turnir kimi tarixə düşüb.
Bizi Facebook-da izləyin



