DÇ-2026: “Skaloni nə etmək istədiyimi bilsəydi, məni öldürərdi”

Argentina millisinin və “Tottenhem”in müdafiəçisi Kristian Romero Misir yığmasına qarşı keçirilən DÇ-2026-nın 1/4 final matçında (3:2) vurduğu qoldan danışıb.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu həmin epizodun əvvəlcədən planlaşdırılmadığını bildirib:

“Bu, ani qərar idi. Belə addımları oyunun gedişində, iki top fərqi ilə geridə olduğun zaman verirsən. Məşqçilər heyəti mənə bunu deməmişdi. Baş məşqçi Lionel Skaloni nə etmək istədiyimi bilsəydi, məni öldürərdi”.

Romero komandasının çıxışını da dəyərləndirib və müdafiədəki səhvləri aradan qaldırmalı olduqlarını vurğulayıb:

“Yaxşı oynayırıq, amma daha da inkişaf etməliyik. Son iki oyunda dörd qol buraxmışıq və bu, bizi narahat edir. Bununla belə, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirməyə hazırıq. Komandadakı bütün futbolçular əla formadadır.

Hər oyun bizim üçün çətin keçib və növbəti matç da istisna olmayacaq. İsveçrə Kolumbiyaya rahatlıq yaşatmadı, əksinə, oyuna nəzarət edən tərəf idi. Güclü futbolçuları olan komandaya qarşı bizi möhtəşəm qarşılaşma gözləyir”.

Argentina – İsveçrə matçı iyulun 12-də keçiriləcək. Qarşılaşmanın start fiti saat 05:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button