
Xavi: “Yamal istəsə, dünya futboluna damğa vura bilər”
“Barselona”nın sabiq futbolçusu və keçmiş baş məşqçisi Xavi Ernandes, Lamin Yamal haqqında müsbət fikirlər səsləndirib.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Yamalın inkişafını davam etdirsə, öz nəslinin ən böyük ulduzuna çevriləcəyini düşünür:
“Lamin futbola düzgün münasibətini qoruyub saxlasa və inkişaf etməyə davam edərsə, öz nəslinin əsas ulduzu olacaq. O, dünya futbolunun ən yaxşı oyunçularından birinə çevriləcək. Mən onu unikal futbolçu hesab edirəm. Düşünürəm ki, istəsə, qarşıdakı 15-20 il ərzində dünya futboluna damğa vura bilər”.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı 19 yaşlı futbolçunun dəyərini 200 milyon avro olaraq qiymətləndirir.
Bizi Facebook-da izləyin



