Kasilyasdan futbol oyunlarının formatı ilə bağlı təklif

“Real”ın və “Portu”nun sabiq qapıçısı İker Kasilyas futbol oyunlarının formatının dəyişdirilməsini təklif edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial şəbəkə hesabında bu fikri səsləndirib:

“Su fasilələri adi hala çevriləcəksə, matçları 25 dəqiqəlik dörd hissəyə bölə bilərik. Bəlkə də, bu, yaxşı həll yolu olar. Düşünürəm ki, bu fikir müzakirə edilməlidir”.

İlk dəfə su fasilələri 2026-cı il dünya çempionatında məcburi tətbiq olunub. Turnir tarixində həmçinin, ilk dəfə 48 milli komanda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button