
DÇ-2026: Deşam Mbappenin durumuna aydınlıq gətirdi
Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın 1/4 finalında Mərakeş yığması üzərində qazanılan 2:0 hesablı qələbədən sonra komandanın hücumçusu Kilian Mbappenin vəziyyəti barədə danışıb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis 77-ci dəqiqədə əvəzlənən futbolçunun topuq nahiyəsindən zədə aldığını bildirib:
“Mbappenin topuğunda yüngül zədə var. Oyun zamanı ağrı hiss etdi. Manu Konenin də dizində əzik var. Belə zədələr təəccüblü deyil. Çünki matçlar yüksək tempdə və çox gərgin keçir”.
Fransa millisi Mərakeşi 2:0 hesabı ilə məğlub edərək, dünya çempionatının yarımfinalına yüksəlib. Mbappe bu oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



