Azərbaycan avrokuboklarda 4 voleybol komandası ilə təmsil olunacaq

Azərbaycanı voleybol üzrə avrokubokların 2026/2027 mövsümündə dörd komanda təmsil edəcək.

Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Yeni mövsümdə Avropa arenasında iki qadın və iki kişi komandamız mübarizə aparacaq.

Son ölkə çempionları “Turan” və “Xilasedici” klubları Çempionlar Liqasında çıxış edəcəklər. Çempionatın gümüş mükafatçıları “DH Volley” və “Ordu” komandaları isə Çelenc Kubokunda uğur qazanmağa çalışacaqlar.

Avrokubokların püşkatma mərasimi iyulun 15-də onlayn formatda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button