
DÇ-2026-da yeni rekord
2026-cı il dünya çempionatının 1/8 final mərhələsinin son oyununda İsveçrə və Kolumbiya milliləri üz-üzə gəlib.
Əsas və əlavə vaxtda hesab açılmayıb. Penaltilər seriyasında isə daha dəqiq oynayan İsveçrə yığması 4:3 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma Şimali Amerikada keçirilən DÇ-2026-da əsas vaxtı qolsuz bərabərliklə başa çatan səkkizinci oyun olub. Bununla da, mundiallar tarixində yeni rekord qeydə alınıb. Əvvəlki dünya çempionatlarında bir turnir ərzində ən çox yeddi matç əsas vaxtda qolsuz heç-heçə ilə yekunlaşmışdı.
DÇ-2026 iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu 2022-ci ildə finalda Fransanı məğlub edən Argentina millisidir. Lionel Skaloninin rəhbərlik etdiyi argentinalılar 1/4 finalda İsveçrə yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



