Enzo Fernandes Premyer Liqanın 2 klubunun hədəfindədir

İngiltərə Premyer Liqasının iki top-klubu – “Mançester Siti” və “Arsenal” “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandeslə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Canluici Lonqari məlumat yayıb.

Argentinalı futbolçu “Çelsi”ni tərk etmək istəyir. “Mançester Siti” və “Arsenal” isə onun transfer variantını nəzərdən keçirir.

Fernandesin əsas arzusu “Real”a keçməkdir. Ancaq bu transferin baş tutması üçün Madrid təmsilçisi əvvəlcə heyətindən yüksək məbləğə futbolçu satmalıdır. Daha əvvəl “Real” Fernandeslə bağlı hansısa danışıqlar aparıldığı barədə yayılan xəbərləri rəsmi şəkildə təkzib etmişdi.

25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 54 oyunda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button