
Del Pyeronun qızı İtaliya çempionu oldu
“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyeronun qızı Doroteya uğura imza atıb.
17 yaşlı futbolçu “Yuventus”un qadın komandasında İtaliya çempionu olub.
Komanda.az xəbər verir ki, bu münasibətlə Doroteyanın anası Sonya sosial şəbəkə hesabında duyğusal paylaşım edib:
“Səninlə inanılmaz dərəcədə qürur duyuruq. Belə davam et. Əzmkar və məsuliyyətli ol, heç vaxt özünə inanmağı dayandırma, çox çalış və arzularının arxasınca get. Qarşıda səni hələ çox uğurlar gözləyir. Bu qələbə yalnız başlanğıcdır və gələcəkdə nələrə nail olacağını səbirsizliklə gözləyirik”.
Alessandro Del Pyero və Sonya 2005-ci ildən evlidirlər. Cütlüyün Doroteyadan başqa, iki oğlu da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



