DÇ-2026: “Yamal nə qədər lazım olsa, o qədər oynayacaq”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatının 1/16 finalında Avstriya yığmasına qarşı keçiriləcək oyun öncəsi Lamin Yamalın son durumu barədə danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, gənc futbolçunun özünü yaxşı hiss etdiyini və meydanda ehtiyac olduğu qədər qalacağını bildirib:

“Yamal bütün matçı keçirəcək? O, meydanda komandaya nə qədər lazım olsa, o qədər oynayacaq. Zədə almış futbolçuların yüklənməsini mərhələli şəkildə artırırıq. Hazırda Yamal özünü yaxşı hiss edir”.

İspaniya – Avstriya matçı bu gün Los-Ancelesdə keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button