“Fransa böyük fərqlə dünyanın ən güclü millisidir”

İngiltərə millisinin sabiq hücumçusu Maykl Ouen, Fransa yığmasının DÇ-2026-da nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirib.

Didye Deşamın rəhbərlik etdiyi komanda mundialın 1/16 final mərhələsində İsveç millisini 3:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlib.

Komanda.az xəbər verir ki, Ouen, sosial şəbəkədəki paylaşımında Fransa millisini dünyanın ən güclü komandası adlandırıb:

“Fransızlar bu matçda əsl ustad dərsi keçdilər. Dörd il əvvəl onlar dünyanın ən yaxşı komandası idilər. İndi də böyük fərqlə dünyanın ən güclü millisidirlər”.

1/8 finala yüksələn Fransa millisinin rəqibi Paraqvay komandası olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button