“Neymar artıq 15 dəqiqədən çox oynaya bilər”

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti dünya çempionatının 1/16 finalında Yaponiya yığması ilə keçiriləcək oyun öncəsi komandanın hücumçusu Neymarın son durumu barədə danışıb.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında 34 yaşlı futbolçunun günbəgün formasını yaxşılaşdırdığını və son günlər nəzərəçarpacaq irəliləyiş əldə etdiyini bildirib:

“Onun vəziyyəti hər gün daha da yaxşılaşır. Son günlər böyük irəliləyiş var. Neymar artıq 15 dəqiqədən çox oynaya bilər. Onun meydana çıxması oyunun gedişatından asılı olacaq”.

Braziliya millisi dünya çempionatının 1/16 final mərhələsində Yaponiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 29-da, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button